Məzmuna keç

Ukrayna BQ: “Son sutkada düşmənin 5 radiolokasiya stansiyası məhv edilib”

"Ukrayna aviasiyası son 24 saat ərzində Rusiya ordusunun şəxsi heyətinin və hərbi texnikanın cəmləşdiyi ərazilərə 9, zenit-raket komplekslərinə isə 3 zərbə endirib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, raket qüvvələri də uğurlu əməliyyat keçirib: "Onlar düşmənin 5 radiolokasiya stansiyası (RLS), 2 sursat anbarı, şəxsi heyətin, silah və hərbi texnikanın cəmləşdiyi ərazini, 2 idarəetmə məntəqəsini, 3 zenit-raket kompleksini və 11 artilleriya silahını vurublar".

Şəbnəm Mehdizadə