"Rus işğalçı qüvvələri böyük texnika və canlı qüvvə itkisinə baxmayaraq, Avdiivka ərazisində yeni hücum dalğasına hazırlaşır".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
ISW analitikləri bildirirlər ki, ruslar oktyabr ayında Avdiivkada ağır texnika itkilərini kompensasiya etmək üçün ağır artilleriya hazırlığından sonra piyadaların başçılıq etdiyi cəbhə hücumlarına hazırlaşırlar.
"Rusiya qüvvələri Avdiivka bölgəsində Ukrayna hədəflərini vurmaq üçün əməliyyat apara bilər, lakin bu ağır atəş çox güman ki, Rusiyanın yeni hücum dalğası ərəfəsində hava və artilleriya hazırlığıdır", – analitiklər qeyd edir.
Şəbnəm Mehdizadə
