Türkiyənin İzmir şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 4 nəfər saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir Prokurorluğu Suriyada İŞİD-in təkibində döyüşdüyü müəyyən edilən şəxslər barədə araşdırmalara başlayıb. İstintaq çərçivəsində jandarma qrupları tərəfindən Çeşme və Buca rayonlarında həyata keçirilən əməliyyatlarda 4 şübhəli şəxs tutulub.
Hazırda həmin şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.
Şəbnəm Mehdizadə
