Türkiyənin İstanbul şəhərinin Esenyurt bölgəsində keçirilən "Qalxan" əməliyyatı çərçivəsində 512 qeyri-qanuni miqrant yaxalanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial media hesabında bildirib.
Nazir əcnəbilərin sıx cəmləşdiyi ərazilərdə yoxlamalar aparıldığını deyib.
Saxlanılan 512 miqrantdan 318-nin kirayə evlərdə qaldığı müəyyən olunub. Kirayənişinlərin qeyri-qanuni miqrantlar olduğunu bildiyi halda evlərini kirayə verən 41 ev sahibinə cərimə yazılıb.
Mühacirlərin öz ölkələrinə geri göndərilməsi prosedurlarına başlanılıb.
Şəbnəm Mehdizadə
