Məzmuna keç

İspaniyanın Valensiya bölgəsində meşə yanğınlarına görə 600-dən çox insan təxliyə edilib

İspaniyanın şərqindəki Valensiya bölgəsində günorta saatlarında başlayan meşə yanğını səbəbiylə 600-dən çox insan evlərindən təxliyə edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Valensiyadakı Montitxelvo meşə sahəsində yerli vaxtla saat 14.00-da başlayan yanğın güclü külək səbəbindən sürətlə böyüyüb.

Fövqəladə Halların Koordinasiya Mərkəzinin verdiyi məlumata görə, meşə yanğınlarına yaxın olan yaşayış məntələrindən insanlar təxliyə edilib.

Yanğın nəticəsində 1400 hektar ərazi yanıb. Bölgəyə çoxlu yanğınsöndürmə briqadaları bölgəyə göndərilib. Yanğının söndürülməsi işinə Çevik Müdaxilə Hərbi Bölməsi də cəlb olunub.

Rəsmilər hava şəraiti ilə əlaqədar yanğının nəzarət altına alınmasının hələ ki mümkün olmadığını bildiriblər.

Şəbnəm Mehdizadə