Belçikada "Ciaran" qasırğas biri uşaq olmaqla 2 nəfərin həyatına son qoyub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Gent şəhərində parkda gəzən iki nəfərin üzərinə ağac aşıb, onlardan biri ölüb, digəri isə yaralanıb.
Bundan başqa, şəhər ərazisində ağacdan qopan budaq parkda oynayan iki uşağın üstün düşüb. Nəticədə uşaqlardan biri ölüb, digər uşaq isə xəsarət alıb.
Antverpen şəhərində isə binanın damın qopan parça yaxınlıqdan keçən bir nəfəri ağır yaralayıb. Həmçinin avtomobillərə ziyan vurub.
Halle şəhərində ağacın budaqlarının elektrik xətlərinə düşməsi nəticəsində bir çox məhəllə işıqsız qalıb.
Ağacların relslərə aşması səbəbindən ölkədə bir çox qatar reysləri ləğv edilib və ya təxirə salınıb. Ağacların aşması səbəbindən bəzi yollar bir müddət nəqliyyata bağlanıb. Bu səbəbdən yollarda uzun tıxaclar yaranıb.
Fırtınanın gecə saatlarında nisbətən səngiyəcəyi gözlənilir.
Şəbnəm Mehdizadə
