Məzmuna keç

İtaliyada əlverişsiz hava şəraiti səbəbindən 3 nəfər həlak olub

İtaliyada əlverişsiz hava şəraiti səbəbindən 3 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, yağışlı və güclü küləkli hava xüsusilə Toskana və Veneto bölgələrində sel və daşqınlara səbəb olub.

İtaliya mətbuatında yer alan xəbərlərə görə, əlverişsiz hava şəraiti səbəbiylə 1-i Veneto, 6-sı Toskana bölgəsində olmaqla 7 nəfər itkin düşüb.

Toskanada 40 min nəfərə elektrik enerjisinin verilmədiyi də bildirilib. Bölgədə "fövqəladə vəziyyət" elan edilib.

Bisenzio çayının daşması səbəbindən bölgədə bir çox kənd təsərrüfatı sahələri və yaşayış məntəqələri su altında qalıb, Prato və Pistoia şəhərləri arasında dəmir yolu əlaqəsi də kəsilib.

Hökumət insanları evdən çıxmamağa çağırıb.

Şəbnəm Mehdizadə