Məzmuna keç

Bodrum sahillərində 113 qanunsuz miqrant saxlanılıb

Türkiyənin Muğla şəhərində 113 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, Sahil Mühafizəsi radarları tərəfindən Muğlanın Bodrum sahillərində 4 rezin qayığın olması müəyyən edilib. Bölgəyə yönəldilən Komandanlığın əməkdaşları tərəfindən qayıqlarda olan 113 qanunsuz miqrant və 1 miqrant qaçaqmalçısı saxlanılıb.

Şəbnəm Mehdizadə