Məzmuna keç

Pakistanda terror aktı nəticəsində 5 nəfər həyatını itirib

Pakistanın Hayber-Paxtunxva əyalətində terror aktı nəticəsində 5 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, "Geo News" televiziyasının məlumatına görə, terror aktı polis maşını yaxınlığında törədilib.

Xəstəxanaya yerləşdirilən yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Terror aktı ilə bağlı məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, bu il Pakistanda, xüsusən də Hayber-Paxtunxva və Bəlucistan əyalətlərində terror aktları artıb. İslamabad hücumların Əfqanıstanda yerləşən "Pakistan Talibanı" qruplaşması tərəfindən planlaşdırıldığını və idarə olunduğunu iddia etsə də, Əfqanıstan bu iddiaları rədd edir.

Şəbnəm Mehdizadə