Məzmuna keç

Ukrayna ordusu son sutkada Rusiyanın 24 “Shahed” PUA-sını məhv edib

Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri son sutkada Rusiyanın 1 "X-59" raketini və 24 "Shahed" pilotsuz uçuş aparatını (PUA) məhv edib.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata görə, ötən gecə Rusiya ordusu 31 "Shahed" PUA-sı ilə Ukrayna ərazisinə hücum edib. Onlardan 24-ü məhv edilib.

Həmçinin qeyd olunub ki, sutka ərzində Ukrayna ordusunun mövqelərinə və yaşayış məntəqələrinə 7 raket və 70 hava, çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 93 dəfə zərbə endirib. Dinc əhali arasında ölən və yaralananlar var.

Yaşayış binalarına və digər mülki infrastruktura ziyan dəyib.

Şəbnəm Mehdizadə