Türkiyənin Diyarbakır şəhərində zavod işçiləri ilə ustalar arasında baş verən kütləvi davada 1 nəfər ölüb, 13 nəfər yaralanıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, gecə saatlarında baş verən davada tərəflər bir-birinə oldu silahla atəş açıb, bıçaqla, həmçinin dəmir və taxta parçaları ilə hücum ediblər.
Hadisə yerinə təcili tibbi yardım və jandarma qrupları cəlb edilib.
Xəstəxanaya aparılan yaralılardan 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.
İnsidentlə ilə bağlı 5 nəfər saxlanılıb. Davanın hansı səbəbdən baş verməsi araşdırılır.
Şəbnəm Mehdizadə
