Türkiyənin Bursa şəhərində 34 yaşlı kişi həyat yoldaşını və 2 azyaşlı övladını gülləyərək öldürüb, daha sonra intihar edib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səməd Ö. aralarında yaranmış mübahisə zamanı əvvəlcə 30 yaşlı Həyat yoldaşı Zeynəbi, daha sonra oğlu 9 yaşlı Metexanı və 4 yaşlı Batuxanı odlu silahdan atəş açaraq qətlə yetirib. O, sonra həmin silahla özünün güllələrək intihar edib.
Cütlüyün boşanmaq ərəfəsində olduğu bildirilir. Kişi barəsində uzaqlaşdırma qərarı çıxarılıbmış.
Prokurorluq və polis hadisə yerində araşdırma aparır.
Şəbnəm Mehdizadə
