Məzmuna keç

Çanaqqalada meşə yanğını, sakinlər təxliyə edildi

Türkiyə Çanaqqala şəhərində meşəlik ərazidə naməlum səbəbdən yanğın başlayıb.

E-huquq.az xəbər verir ki, yanğının söndürülməsinə Çanaqqala Regional Meşə İdarəsinin qrupları bölgəyə cəlb edilib.

Yanğına hazırda havadan və qurudan müdaxilə edilir.

Əraziyə yaxın olan Pazarlı kəndinin əhalisi təxliyə olunub.

Çanaqqala valisi İlhami Aktaş yanğının söndürülməsi üçün bütün güclərin səfərbər olduğunu bildirib.

“Təəssüf ki, küləyin təsiri ilə yanğın sürətlə böyüyür. Vətəndaşlarımızdan diqqətli olmaqlarını xahiş edirik. Qısa zamanda yanğının qarşısını alacağıq”, – deyə İ.Aktaş əlavə edib.

Şəbnəm Mehdizadə