Məzmuna keç

Qanunsuz yollarla Türkiyə sərhədini keçməyə çalışan 8 miqrant saxlanılıb

Türkiyənin Qars şəhərində ölkəyə qeyri-qanuni yollarla daxil olmağa çalışan 8 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri tərəfindən sərhədi keçməyə çalışan miqrantlara qarşı əməliyyat keçirilib.

Saxlanılan miqrantlardan 4-ü Əfqanıstan, 4-ü isə Pakistan vətəndaşıdır.

Miqrantlar müvafiq prosedurlardan sonra deportasiya olunacaqlar.

Şəbnəm Mehdizadə