Məzmuna keç

Malatyada İŞİD və PKK üzvləri saxlanılıb

Türkiyənin Malatya şəhərində İŞİD və PKK terror təşkilatlarına qarşı keçirilən əməliyyatda 4 nəfər saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, şəhər jandarma komandanlığının qrupları terror təşkilatının fəaliyyətini deşifrə etmək və təşkilat üzvlərini ələ keçirmək üçün əməliyyatları davam etdirir.

Battalqazi, Yeşilyurt və Yazıhan rayonlarında təyin olunan ünvanlarda keçirilən əməliyyatlar zamanı İŞİD və PKK/YPG üzvü olduqları müəyyən edilən 4 şübhəli şəxs yaxalanıb.

Onların 2-i barədə həbs qətimkan tədbiri seçilib, digərləri isə məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.

Şəbnəm Mehdizadə