Sudanda 5 yaşdan kiçik təxminən 1 milyon 650 min uşağın kəskin qida çatışmazlığından əziyyət çəkəcəyi gözlənilir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təhlillərə görə, oktyabr-noyabr aylarında Sudanda təxminən 5 milyon 830 min insan kəskin qida çatışmazlığı yaşayıb.
Xroniki aclıqdan daha şiddətli olan kəskin qida çatışmazlığı yaşayan insanların sayının 2024-cü ilin aprel-iyul aylarında 7 milyon 100 min nəfərə yüksələcəyi gözlənilir.
Sudanda 2023-cü ilin iyulundan 2024-cü ilin iyununa qədər 5 yaşdan kiçik təxminən 1 milyon 650 min uşağın kəskin qida çatışmazlığından əziyyət çəkəcəyi təxmin edilir.
Eyni dövrdə 870 min hamilə və ya süd verən qadının kəskin qida çatışmazlığı yaşayacağı təxmin edilir.
BMT-nin Ümumdünya Ərzaq Proqramından ((WFP)) verilən yazılı açıqlamada, daşqınlardan əziyyət çəkən bölgələr su ilə yoluxan xəstəliklərin yayılması və qidaya çıxışın məhdudlaşdırılması səbəbindən ən yüksək risk altında olan bölgələr arasında hesab edilir.
WFP-nun Cənubi Sudan üzrə direktoru Meri-Ellen Makqroarti bildirib ki, Sudanda qida çatışmazlığında son dərəcə həyəcan verici artım var.
"Su ilə yoluxan xəstəliklərin yayılması qida çatışmazlığının qarşısının alınması və müalicə üçün humanitar səyləri pozur, bundan ən çox zərər çəkən isə azyaşlı uşaqlardır", – deyə o bildirib.
Şəbnəm Mehdizadə
