Məzmuna keç

Yunanıstana qaçmaq istəyən 7 terrorçu saxlanılıb

Türkiyənin Ədirnə şəhərindən Yunanıstana qaçmaq istəyən 7 terrorçu saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ədirnə Valiliyi məlumat yayıb.

Məlumata görə, Jandarma Komandanlığının əməkdaşları tərəfindən son bir həftə ərzində aparılan işlər çərçivəsində Yunanıstana qaçmağa cəhd edən 7 terror təşkilatı üzvü yaxalanıb.

Saxlanılan şəxslərdən 4-nün FETÖ, 2-nin PKK, 1-nin isə İŞİD terror təşkilatının üzvü olduqları üçün müəyyən edilib.

Şəbnəm Mehdizadə