Məzmuna keç

Suraxanıda quldurluq edən şəxs saxlanıldı

Noyabrın 8-də saat 20 radələrində Suraxanı rayonunun Suraxanı qəsəbəsi ərazisində rayon sakininin 447 manatının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini Xəqani Həsənov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.