Məzmuna keç

Gəncədə qəza:

Gəncədə yük və minik avtomobilləri toqquşub, ölən və xəsarət alanlar var.

E-huquq.az xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

"VAZ" markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib.

Qəza nəticəsində daha 2 nəfər – 2002-ci il təvəllüdlü Hüseynov Zöhrab və 2004-cü il təvəllüdlü Mustafayev Çingiz müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.