Türkiyənin Şanlıurfa şəhərində silahlı insident zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, Suruç rayonunda aralarında ədavət olduğu iddia edilən iki qrup arasında başlayan mübahisə zamanı tərəflər bir-birinə atəş açıb.
Bölgəyə dərhal polis və təcili tibbi yardım əməkdaşları göndərilib.
Yaralılar Suruç Dövlət Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
