Meksikanın Zasetekas əyalətində işgəncə ilə öldürüldüyü ehtimal edilən 7 nəfərin cəsədi tapılıb.
E-huquq.az Meksika mətbuatına istinadən xəbər verir ki, cəsədlər əyalətin Loreto qəsəbəsində aşkar edilib.
Rəsmilər meyitlərdə zorakılıq izlərinin olduğunu və bu şəxslərin işgəncə nəticəsində öldürüldüyünü söyləyib.
Meyitlər şəxsiyyətlərinin müəyyən edilməsi üçün ekspertizaya göndərilib.
Şəbnəm Mehdizadə
