Papua-Yeni Qvineyanın Yeni Britaniya adasında 6,1 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Qurum 6,1 bal gücündə zəlzələnin episentrinin Rabauldan 135 kilometr qərbdə, Yeni Britaniya adasında olduğunu açıqlayıb.
İlkin məlumata görə, 10 kilometr dərinlikdə baş verən zəlzələ zamanı dağıntı və tələfat olmayıb.
Şəbnəm Mehdizadə
