Məzmuna keç

Nigeriyada 2,3 milyon uşağa poliomielitə qarşı peyvənd vurulub

Nigeriyanın Anambra əyalətində 2,3 milyon uşaq poliomielit xəstəliyinə qarşı peyvənd edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə əyalətin səhiyyə komissarı Afam Obidike məlumat verib.

O, son bir aydır əyalətdə poliomielit xəstəliyinə qarşı peyvənd kampaniyasına başlanıldığını bildirib.

Obidike valideynləri uşaqlarını peyvənd etdirməyə çağırıb.

Qeyd edək ki, Afrikada Burundi, Nigeriya, Qambiya, Uqanda, Benin, Burkina Faso, Kamerun, Efiopiya, Mali, Niger, Çad və Sudanda da poliomielit aşkarlanıb. Qida, su və təmas yolu ilə keçən poliomielit virusuna qarşı tədbir görülməsə, bu, tənəffüs yollarında problemlərə, uşaqların ömürlük iflic olmasına və ölümə səbəb ola bilər.

Şəbnəm Mehdizadə