Türkiyənin İzmir şəhəri sahillərində göyərtəsində 13 qanunsuz miqrantın olduğu rezin qayıq batıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Sahil Təhlükəsizlik Komandanlığından verilən açıqlamaya görə, Kleopatra körfəzində qeyri-qanuni miqrantları daşıyan rezin qayığın batması barədə xəbər daxil olduqdan sonra təhlükəsizlik qrupları əraziyə göndərilib.
Miqrantlardan 5-i üzərək sahilə çıxa bilib, 1 nəfər isə xilasedicilər tərəfindən sudan sağ çıxarılıb. 4-ü dənizdə, 1-i quruda olmaqla 5 nəfərin meyiti tapılıb.
İtkin düşən 2 nəfərin tapılması üçün axtarışlara başlanılıb.
Şəbnəm Mehdizadə
