Kolumbiyanın Medellin çayında son 2 ildə 55 cəsəd tapılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəhər polisinin açıqlamasında bildirilib.
Məlumata görə, təkcə bu il aparılan axtarışlar nəticəsində çayda 29 cəsəd aşkarlanıb.
Meyitlərdən 26-nın şəxsiyyətinin müəyyənləşdirildiyi, digərləri ilə bağlı ekpertizaların davam etdirildiyini vurğulanıb.
Polisin məlumatına görə, 2022-ci ildə Medellinin müxtəlif bölgələrində 437, bu il isə 421 nəfər qətlə yetirilib.
Şəbnəm Mehdizadə
