Türkiyənin İzmir şəhərində 39 qanunsuz miqrantın həyatı xilas edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.
Məlumata görə, İzimirin Karaburun sahillərində rezin qayıqda bir qrup qanunsuz miqrantın olması müəyyən edildikdən sonra əraziyə Sahil Mühafizə gəmisi göndərilib.
Komandalar Yunanıstan tərəfindən Türkiyə ərazisinə geri qaytarılan qayıqdakı 39 qanunsuz miqrantı xilas edib.
Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.
Şəbnəm Mehdizadə
