Türkiyənin Manisa şəhərində baş verən zəncirvari qəzada 10 nəfər xəsarət alıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Turqutlu rayonunda pikap qarşıdan gələn minik avtomobili ilə toqquşub. Daha sonra eyni istiqamətdə hərəkət edən mikroavtobus pikapa çırpılıb. Toqquşmanın təsirindən mikroavtobus yoldan çıxaraq işıqlandırma dirəyinə çırpılıb.
Hadisə nəticəsində mikroavtobusdakı 9-u fəhlə olmaqla 10 nəfər yaralanıb.
Yaralılar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılıb.

Şəbnəm Mehdizadə
