Məzmuna keç

Ukrayna SQ: “İşğalçılar son sutkada Ukrayna ərazisinə 4 raket və 53 hava zərbəsi endirib”

"Noyabrın 13-də Ukrayna Silahlı Qüvvələrinin aviasiyası Rusiya ordusunun şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi ərazilərə 8 zərbə endirib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata görə, Rusiya qoşunlarının zenit-raket kompleksinə isə 1 zərbə endirilib: "Raket qoşunlarının bölmələri şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi 6 ərazini, 2 idarəetmə məntəqəsini, 6 artilleriya qurğusunu, bir hava hücumundan müdafiə obyektini və digər mühüm hədəfi vurub. Eyni zamanda, ruslar gün ərzində Ukrayna ərazisinə 4 raket və 53 hava zərbəsi endirib, Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə çoxsaylı reaktiv yaylım atəş sistemlərindən 45 hücum həyata keçirib. Nəticədə ukraynalı dinc sakinlər həlak olub və yaralanıb".

"Xarkov vilayətinin Pervomaiskoe, Kopanki, Novosergievka; Luqansk vilayətinin Serebryanskoe meşə təsərrüfatı, Spornoe, Vyemka, Konstantinovka, Kleşçievka, Novobaxmutovka, Avdeevka, Pobeda, Maryinlovka, Novroznoye, Novroznoyeki, Novroznoyeski, Xerson vilayətinin Berislav, İvanovka, Tyaginka, Çerniqov, Sumı, Xarkov, Luqansk, Donetsk, Zaporojye, Xerson və Nikolayev vilayətlərində 100-dən çox yaşayış məntəqəsi artilleriya atəşinə məruz qalıb”, – deyə Baş Qərargah əlavə edib.

Şəbnəm Mehdizadə