Türkiyənin Kırklareli şəhərində son bir həftə ərzində ölkəyə qeyri-qanuni yollarla daxil olduqları müəyyən edilən 890 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Jandarma Komandanlığı ötən həftə qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində əməliyat keçirib.
Əməliyat zamanı 890 qanunsuz miqrant, miqrant qaçaqmalçılığı ilə məşğul olduqları iddia edilən 7 şübhəli saxlanılıb.
Şübhəlilərdən 6-sı həbs edilib, digərləri isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Şəbnəm Mehdizadə
