"Son sutka ərzində Rusiya qoşunları Ukrayna ərazisinə 8 raket və 29 hava zərbəsi endirib".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin məlumatında bildirilib.
Reaktiv yaylım atəşi sistemlərindən Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə 76 hücum həyata keçirilib: "Nəticədə ölən və yaralanan dinc sakinlər var. Yaşayış binalarına və digər mülki infrastruktura da ziyan dəyib".
"Eyni zamanda, ruslar Donetsk vilayətinin Selidovo və Zaporojye vilayətinin Zareçnı şəhərlərində mülki hədəflərə növbəti raket hücumları həyata keçirib. İşğalçılar "Shahed" PUA-ları ilə zərbələr endiriblər", – deyə məlumatda qeyd olunub.
Şəbnəm Mehdizadə
