Məzmuna keç

Türkiyədə fəhlələri daşıyan mikroavtobus qəzaya düşüb, 13 nəfər yaralanıb

Türkiyədə Kocaeli şəhərində fəhlələri daşıyan mikroavtobus ilə taksi toqquşub.

E-huquq.az xəbər verir ki, Şimal Mərmərə magistral yolunun Ankara istiqamətində hərəkətdə olan və fəhlələri daşıyan mikroavtobusun yol ayrıcında taksi ilə toqquşması nəticəsində 13 nəfər yaralanıb.

Qəza zamanı yaralanan şəxslər yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onların vəziyyətinin yaxşı olduğu bildirilib.

Qəza səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə