Rusiyanın Ukraynadakı müharibədə canlı qüvvə itkisi 315 min 620 nəfərə çatıb.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
Belə ki, son sutkada 1130 rus hərbçisi məhv edilib.
Qeyd edək ki, Rusiyanın müharibədəki itkiləri 5 388 tank, 10 121 zirehli maşın, 5 689 operativ-taktiki PUA, 7 683 artilleriya sistemi, 585 hava hücumundan müdafiə sistemi, 892 reaktiv yaylım atəş sistemi, 1 563 qanadlı raket, 323 təyyarə, 324 helikopter, 23 gəmi/qayıq, 10 060 avtomobil və tanker, 1 084 xüsusi texnikadan ibarətdir.
Şəbnəm Mehdizadə
