Türkiyənin Kocaeli şəhərində kargo şirkətində zəhərlənmə hadisəsi baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, şirkətin yük paylama mərkəzində tərkibində kimyəvi maddə olan bağlamalarda sızıntı olub. Yükləri daşıyan işçilər gözlərində yanma hissi və kəskin qoxu hiss etdikdən sonra bu barədə təcili yardıma məlumat verib.
Hadisə yerinə çoxlu sayda əməkdaşlar göndərilib. Ərazidə qurulan karantin çadırında kimyəvi maddə ilə təmasda olan zərərçəkənlərə tibbi yardım göstərilib.
Bağlamaların tərkibində “benzoilxlorid” kimyəvi maddəsinin olduğu aşkarlanıb.
Zəhərlənmə diaqnozu ilə 12 işçi təcili yardım maşınları ilə ətrafdakı xəstəxanalara aparılıb.
Şəbnəm Mehdizadə
