Məzmuna keç

Dəfn mərasiminə gedən təhsil işçiləri qəzaya düşdü, 18 nəfər yaralandı

Türkiyənin Qaziantep şəhərində mikroavtobusun aşması nəticəsində 18 nəfər xəsarət alıb.

E-huquq.az TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Qaziantepin Yavuzeli rayonunda baş verib.

Hadisə yerinə dərhal təcili tibbi yardım qrupu göndərilib.

Yaralılar ətrafdakı xəstəxanalara aparılıb.

Mikroavtobusdakı şəxslər təhsil şöbəsi məmurunun dəfn mərasimində iştirak etmək üçün yola çıxıbmış.

Şəbnəm Mehdizadə