Türkiyənin Çanaqqala şəhərinin Ezine rayonunda təşkil edilən qeyri-qanuni köç zamanı 2 avtomobildə əfqan əsilli 64 qeyri-qanuni miqrant yaxalanıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, miqrantlardan 27 nəfəri azyaşlı uşaqlar olub. Müvafiq prosedurlardan sonra qanunsuz miqrantlar Ayvacık rayonundakı Əcnəbilərin Repatriasiya Mərkəzinə təhvil verilib.
Həmçinin əməliyyat zamanı qanunsuz miqrasiyanın 4 təşkilatçısı tutulub. Həmin şəxslərlə bağlı istintaq aparılır.
Şəbnəm Mehdizadə
