Məzmuna keç

ISW: “Ukrayna Silahlı Qüvvələri Rabotino yaxınlığında irəliləyib”

"Ukrayna qoşunları Zaporojye vilayətinin Rabotino kəndi yaxınlığında irəliləyib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

"Ukrayna qoşunları noyabrın 16-da Qərbi Zaporojye bölgəsində hücum əməliyyatlarını davam etdirib və noyabrın 15-də Rabotino bölgəsində ərazi qazanmalarını təsdiqləyib", – hesabatda bildirilir.

Ukraynalı hərbi müşahidəçi Konstantin Maşovets bildirib ki, ukraynalı müdafiəçilər Novoprokopovka istiqamətində müəyyən uğurlar əldə ediblər: Noyabrın 16-da ruslar Rabotino yaxınlığındakı Ukrayna mövqelərinə basqın etməyə başlayıblar, lakin uğur əldə edə bilməyiblər. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri Rabotino yaxınlığında və Verbovoyun qərbində düşmənin hücumlarını dəf edib".

Maşovetsin sözlərinə görə, Rusiyanın 247-ci qvardiya alayının bir hissəsi Verbovoydan şimal-qərbdə yüksəkliklərə nəzarəti itirə bilər ki, bu da kəndin şimal-qərb kənarında işğalçıların müdafiəsini çətinləşdirir.

Şəbnəm Mehdizadə