Türkiyənin Diyarbəkir şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkir-Elazığ yolunun 17-ci kilometrliyində sərnişin mikroavtobusu idarəetmədən çıxaraq qarşı yola çıxıb və aşıb.
Qəza nəticəsində sürücü və mikroavtobusda olan 13 sərnişin xəsarət alıb. Yaralılar təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara aparılıb.
Qəza səbəbindən yolda nəqliyyatın hərəkətində fasilə yaranıb.

Şəbnəm Mehdizadə
