Məzmuna keç

Rusiyada Ukraynadakı müharibədə daha 1 140 hərbçisini itirib

Rusiya Silahlı Qüvvələri son sutkada Ukraynada 1140 hərbçisini itirib.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının hesabatında bildirilib.

Rusiyanın müharibədəki canlı qüvvə itkisinin 316 min 760 nəfər çatdığı qeyd olunub.

Həmçinin bildirilib ki, Rusiyada müharibədə indiyədək 5 415 tank, 10 132 zirehli maşın, 5 709 operativ-taktiki PUA, 7 712 artilleriya sistemi, 585 hava hücumundan müdafiə sistemi, 895 reaktiv yaylım atəş sistemi, 1 563 qanadlı raket, 323 təyyarə, 324 helikopter, 23 gəmi/qayıq, 10 077 avtomobil və tanker, 1 086 xüsusi texnika itirib.

Şəbnəm Mehdizadə