Türk Hava Yolları İstanbulda gözlənilən əlverişsiz hava şəraiti səbəbindən İstanbul Hava Limanından 40 aviareysi ləğv edib.
E-huquq.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən məlumat verilib.
"Sabah İstanbulda gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar Meteoroloji Fövqəladə Hallar Komitəsinin qərarına əsasən, ümumilikdə 40 uçuş ləğv edilib", – deyə məlumatda bildirilib.
Açıqlamada sərnişinlərə THY-nin internet saytındakı “uçuş vəziyyəti sorğusu” bölməsindən uçuşları yoxlamaları barədə xəbərdarlıq edilib.
Şəbnəm Mehdizadə
