ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisinin baş müavini Conatan Fayner girovların azad edilməsi ilə bağlı İsrail və HAMAS arasında danışıqlarda irəliləyiş olduğunu açıqlayıb, lakin hələlik razılaşma əldə olunmayıb.
E-huquq.az xəbər verir ki, o, bu barədə ABC televiziyasına deyib.
"Artıq bəzi fikir ayrılıqları azaldılıb. Mübahisəli məsələlərin bəziləri indi bağlanıb. Amma hələ işimiz bitməyib – hələ ki, heç bir razılaşma yoxdur", – o deyib.
“Bu danışıqlar açıq şəkildə çox incə mərhələyə çatıb. Biz bir neçə həftədir ki, bunu dəqiqə-dəqiqə, saat-saat izləyirik. Bu, əlbəttə ki, prezident Co Bayden də daxil olmaqla, bu administrasiyada bizim hamımız üçün inanılmaz dərəcədə yüksək prioritetdir”, – Fayner əlavə edib.
