Türkiyənin Ərzincan şəhərində 2 terrorçu zərərsizləşdirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Onun sözlərinə görə, Jandarma Komandanlığının Kemah çölündə həyata keçirdiyi "Qəhrəmanlar-28" əməliyyatı çərçivəsində 1-i yaşıl, 1-i boz kateqoriyada olan 2 terrorçu silahları ilə birgə zərərsizləşdirilib.
Zərərsizləşdirilən terrorçuların 21 oktyabr 2021-ci ildə çavuş Burak Tortumlu, 2016-cı ildə isə Məsut Ardıç və İsmayıl Yükselin ölüm əmrini verən Aras Digor kod adlı Yunus Babayiğit və H.G. olduqları müəyyən edilib. Yunus Babayiğit adlı terrorçunun 3 təhlükəsizlik əməkdaşının şəhid olduğu, həmçinin 5 təhlükəsizlik əməkdaşının yaralandığı təxribatlarda iştirak etdiyi və 6 təxribat barədə göstəriş verdiyi müəyyən edilib. H.G. adlı terrorçunun isə 1 vətəndaşın şəhid olması, 1 mühafizəçinin yaralanması ilə nəticələnən 6 təxrubatda iştirak etdiyi müəyyən edilib.
Yerlikaya sosial şəbəkədəki paylaşımında son terrorçu zərərsizləşdirilənə qədər mübarizənin davam edəcəyini vurğulayıb.
Şəbnəm Mehdizadə
