Dominikan Respublikasında güclü yağışların səbəb olduğu daşqınlarda 21 nəfər həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Fövqəladə Hallar Mərkəzindən verilən açıqlamada noyabrın 17-dən etibarən davam edən leysan ciddi fədalara və insan itkisinə səbən olub.
Daşqınlarda indiyədək 4-ü ABŞ, 2-si Haiti vətəndaşı olmaqla 21 nəfərin həyatını itirdiyi bildirilib.
14 əyalətdə qırmızı həyəcan elan edilib. Axtarış-xilasetmə işlərinin davam etdiyi ölkədə ölənlərin sayının artacağı ilə bağlı narahatlıqlar var.
Dominikan Respublikasının Prezidenti Luis Abinader təbii fəlakət nəticəsində həyatını itirənlər üçün 3 günlük milli matəm elan etdiklərini açıqlayıb.
Məlumata görə, 1 583 ev daşqınlardan zərər çəkib, 7 min 915 nəfər təhlükəsiz bölgələrə köçmək məcburiyyətində qalıb.
Güclü yağışlara görə bir çox yaşayış məntələrinə elektrik enerjisinin verilməsi dayandırılıb.
Şəbnəm Mehdizadə
