Türkiyənin 4 şəhərində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən cəbər verir ki, Konya Prokurorluğunda aparılan istintaq çərçivəsində təşkilatın gizli strukturunda yer aldığı müəyyən edilən 15 şübhəli şəxs barədə həbs qərar çıxarılıb.
Respublika Baş Prokurorluğunun göstərişi ilə Konya, İstanbul, Ankara və Ərzincanda eyni vaxtda həyata keçirilən əməliyyatda şübhəlilərdən 12-si saxlanılıb.
Digər 3 şübhəli şəxsin tutulması üçün tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə
