Məzmuna keç

Türkiyədə evi sel aparıb, 1 nəfər ölüb, 3 nəfər itkin düşüb

Türkiyənin Batman şəhərində güclü yağışların səbəb olduğu daşqınlarda yaşayış evini sel aparıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir ailənin 7 üzvü itkin düşüb.

Hadisə yerinə cəlb olunan xilaetmə qrupları ailə üzvlərindən 4-nü tapa bilib, xəstəxanaya aparılan zərərçəkmişlərdən birinin həyatını xikas etmək mümkün olmayıb.

İtkin düşmüş digər 3 nəfərin axtarışları davam edir. Onların 1, 3 və 5 yaşlı uşaqlar olduğu bildirilir.

Şəbnəm Mehdizadə