Məzmuna keç

Ermənistan KTMT Xarici İşlər Nazirləri Şurasının Minskdə keçiriləcək iclasında təmsil olunmayacaq

Ermənistanın nümayəndələri KTMT Xarici İşlər Nazirləri Şurasının noyabrın 22-də Minskdə keçiriləcək iclasında iştirak etməyəcəklər.

E-huquq.az xəbər verir ki, Ermənistan iclasda nazir müavini səviyyəsində də təmsil olunmayacaq.

Bundan əvvəl Ermənistan XİN məlumat vermişdi ki, xarici işlər naziri Ararat Mirzoyan KTMT çərçivəsində noyabrın 22-23-də Minskdə keçiriləcək görüşlərə getməyəcək.