Məzmuna keç

Bodrum sahillərində 38 qanunsuz miqrant saxlanılıb

Türkiyənin Muğla şəhərində 38 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Məlumata görə, Bodrum sahillərində fiber qayıq və rezin qayıqda bir qrup qanunsuz miqrantın olduğu müəyyən edildikdən sonra bölgəyə Sahil Mühafizəsinin qayıqları göndərilib.

Komandanlığın əməkdaşları qeyri-qanuni yollarla xaricə getməyə çalışan 38 nəfəri yaxalayıb.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə