Məzmuna keç

Türkiyədə İŞİD-ə qarşı əməliyyatda 13 nəfər saxlanılıb

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 13 şübhəli saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi tərəfindən təşkilatla əlaqəsi olduğu müəyyən edilən şübhəlilərin ünvanları təsbit edilib.

Şübhəlilərə qarşı 10 rayonda 15 ünvanda eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyat zamanı terror təşkilatı üçün sosial media hesabları açan və həmin hesabları idarə edən 2 şəxs də daxil olmaqla ümumilikdə 13 nəfər saxlanılıb.

Saxlanılan şəxslər polis idarəsinə aparılıb.

Şəbnəm Mehdizadə