Türkiyənin Siirt şəhərində mis mədəninin çökməsi nəticəsində 3 nəfər həyatını itirib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, naməlum səbəbdən çökən mədəndə 2 işçi yaralanıb.
Hadisə yerinə jandarma, polis və təcili tibbi yardım briqadası cəlb olunub. Dağıntılar altında qalan işçilərin xilas edilməsi üçün işlərə başlanılıb.
Siirt valisi Kamal Kızılkaya hadisə yerinə gələrək xilasetmə işlərini yerində izləyib. O, xilasedicilərin dağıntılar altından 2 işçini çıxardığını, 1 fəhlə və 2 mühəndisin həyatını itirdiyini açıqlayıb.
Xəsarət alan işçilər xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.
Faktla bağlı Siirt Prokurorluğu tərəfindən araşdırma başladılıb. İstintaq çərçivəsində 3 nəfər saxlanılıb.
Şəbnəm Mehdizadə
