Türkiyənin Bursa şəhərində süngər fabrikində yanğın baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, naməlum səbəbdən fabrikin damında yanğın başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər qısa müddətdə böyüyən alova müdaxilə edib.
Yanğınsöndürmə briqadası yanğını nəzarətə götürmək istəyərkən təzyiq çəninin partlaması nəticəsində yanğın yenidən alovlanıb. 20-dək texnikanın cəlb olunduğu əməliyyatda təxminən 1 saat davam edən işdən sonra yanğın nəzarətə götürülüb. Ərazidə soyutma işləri aparılıb.
Hadisə nəticəsində fabrikə ciddi ziyan dəyib.
Yanğının səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə
