Məzmuna keç

Türkiyədə taxta sexində yanğın olub, 5 nəfər xəsarət alıb

Türkiyənin Düzce bölgəsində taxta sexində baş verən yanğın nəticəsində 5 nəfər xəsarət alıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın sexin qurutma anbarında başlayıb.

Qısa müddətdə bütün sexi bürüyən yanğının söndürülməsi 4 saat çəkib.

Alova müdaxilə edən qruplar yanğını söndürüb. Tüstüdən zəhərlənən 5 nəfər xəstəxanaya aparılıb.

Sex yararsız vəziyyətə düşüb.

Yanğınla bağlı araşdırma başladılıb.

Şəbnəm Mehdizadə